Bank Of Baku

Putin CAR-dakı BRICS sammitində iştirak etməyəcək

Putin CAR-dakı BRICS sammitində iştirak etməyəcək
# 19 iyul 2023 15:11 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında keçiriləcək BRICS sammitində iştirak etməyəcək.

APA xəbər verir ki, Cənubi Afrika Prezidentinin Ofisinin bəyanatında deyilir ki, Rusiyanı görüşdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələrinin avqust ayında Cənubi Afrikada keçiriləcək sammitində "qarşılıqlı razılaşma əsasında" iştirak etməyəcək.

Qeyd edək ki, sammitə ev sahibliyi edəcək Cənubi Afrika Respublikası dilemma ilə üzləşib. Belə ki, Putin sammitdə iştirak edəcəyi təqdirdə, CAR-ın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü kimi hərbi cinayətlər törətdiyi iddiasına görə Rusiya Prezidentini nəzəri cəhətdən həbs etməsi tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR