Bank Of Baku

Putin: "Crocus"a terror hücumunun son benefisiarlarını müəyyən etmək vacibdir

Putin: "Crocus"a terror hücumunun son benefisiarlarını müəyyən etmək vacibdir
# 02 aprel 2024 15:20 (UTC +04:00)

Zəncirin bütün halqalarını və "Crocus" dakı terror hücumunun son benefisiarlarını müəyyən etmək vacibdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.

O vurğulayıb ki, Rusiya Federasiyası “Crocus”da terror aktını sifariş edənləri mütləq tapacaq: "Crocus"da terror aktı ilə bağlı vəziyyətin təhlili son dərəcə obyektiv və peşəkar olmalıdır, çünki biz çox yüksək qiymət ödədik".

Putin qeyd edib ki, Rusiya hakimiyyəti hazırda bütün xidmət və kommersiya təşkilatlarının fəaliyyətlərini Crocus-dakı terror aktı kontekstində qiymətləndirir.

Onun sözlərinə görə, fövqəladə vəziyyətlərə hazırlığın artırılması lazımdır.

Putin Daxili İşlər Nazirliyinin prioritetləri sırasında ictimai asayişin təmin edilməsi, ekstremizmə qarşı mübarizə və qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını qeyd edib: "Rusiya Federasiyasında ictimai yerlər diqqətlə qorunmalıdır. Daxili İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli təcrübəyə malikdir. Daxili İşlər Nazirliyi Federal Təhlükəsizlik Xidməti və digər xidmətlərlə birlikdə sıx koordinasiyanı gücləndirməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR