Bank Of Baku

Putin Dumanın Ukraynadakı separatçı rejimlərin tanınması çağırışını şərh edib

Putin Dumanın Ukraynadakı separatçı rejimlərin tanınması çağırışını şərh edib
# 15 fevral 2022 18:57 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının Ukraynanın separatçı "Luqansk və Donetsk Xalq Respublikaları"nın tanınması çağırışlarına münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Putin Almaniya Kansleri Olaf Şoltsla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ukrayna ərazisindəki separatçı qurumların müstəqiliyinin tanınması ilə bağlı Dumanın çağırışını şərh edib.

Rusiya Prezidenti deputatların Donbass sakinlərinin kədərini bölüşən seçicilərə qarşı həssas olduğunu bildirib: “Dövlət Dumasında səsvermə, məncə, bu və ya digər şəkildə, əlbəttə, bununla bağlıdır. Çünki parlamentin deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi, özlərinin seçicilərinin rəyini rəhbər tuturlar. Bu baxımdan, tamamilə aydındır ki, ölkəmizdə insanların böyük əksəriyyəti Donbass sakinlərinin dərdinə şərikdir, onları dəstəkləyir və orada vəziyyətin yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR