Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
İki lider Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər.
Prezident Ərdoğan Putinlə görüşündə “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünü uzun müddət fəaliyyət göstərməməsinin heç kimin xeyrinə olmayacağını vurğulayıb.
***
13:36
Putin Ərdoğanla telefon danışığı aparır.
APA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda telefon danışığı aparırlar.