Putin: “F-16-lar Rusiyaya qarşı istifadə edilərsə, onlar qanuni hədəfə çevriləcək”

Putin: “F-16-lar Rusiyaya qarşı istifadə edilərsə, onlar qanuni hədəfə çevriləcək”
# 28 mart 2024 01:11 (UTC +04:00)

Amerikanın F-16 qırıcıları üçüncü ölkələrin aerodromlarından Rusiya silahlı qüvvələrinə qarşı istifadə olunarsa, onlar Rusiya üçün qanuni hədəfə çevriləcək.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində hərbi pilotlarla söhbəti zamanı deyib.

“Təbii ki, onlar üçüncü ölkələrin aerodromlarından istifadə edilərsə, harada yerləşməsindən asılı olmayaraq onlar bizim üçün qanuni hədəfə çevriləcək”, - Kremlin rəhbəri vurğulayıb.

Putin həmçinin bildirib ki, F-16-ların Ukraynaya mümkün tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR