Putin gələn həftə Ermənistana səfər edəcək

Putin gələn həftə Ermənistana səfər edəcək
# 18 noyabr 2022 14:01 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Ermənistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etməyi planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Gələn həftə KTMT sammiti üçün Ermənistana səfər və Rusiya-Kuba danışıqları olacaq", - Kremlin sözçüsü Rusiya Prezidentinin gələn həftəyə planlaşdırılan iş qrafiki barədə danışarkən deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR