Rusiya prezidenti Vladimir Putin "Crocus"da baş vermiş terror aktından Rusiya Federasiyasında milli və digər nifaq salmaq üçün istifadə edilməsini qəbuledilməz adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.
O qeyd edib ki, ölkədə miqrasiya siyasətinə yanaşmaları kökündən yeniləmək lazımdır: "Soydaşlarımız illərdir vətəndaşlıq ala bilmir. Yalnız ölkəmizin adət-ənənələrinə, dilinə və mədəniyyətinə hörmət edənlər Rusiyaya gəlib yaşaya bilməlidirlər".
Putin vurğulayıb ki, mövcud elektron məlumat bazaları qeyri-qanuni miqrasiya risklərini dayandırmaq üçün kifayət deyil.