Rusiya Prezidenti Vladimir Putin hökumətə PUA-ların Rusiya Federasiyasının vahid hava məkanına inteqrasiyası üçün tədbirlər görməyi tapşırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putin Nazirlər Kabinetinə və sosial iqtisadi layihələrin maliyyəşməsini təmin edən dövlət inkişaf korparasiyası VEB.RF-ə iyulun 15-dək dövlət korporasiyasının innovasiyaların, o cümlədən dronların inkişafının maliyyələşdirilməsində iştirakı üçün tədbirlər görmək barədə tapşırıq verib.
Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti VEB.RF-in innovativ layihələrin, o cümlədən pilotsuz sistemlərin maliyyələşdirilməsində iştirak şərtlərini müəyyən edəcək.