Bank Of Baku

Putin Kursk vilayətində təxribatı Rusiyanın Donbasda hücumunu dayandırmaq cəhdi adlandırıb

Putin Kursk vilayətində təxribatı Rusiyanın Donbasda hücumunu dayandırmaq cəhdi adlandırıb
# 02 sentyabr 2024 12:03 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Kursk vilayətində təxribatı Rusiyanın Donbasda hücumunu dayandırmaq cəhdi adlandırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin bu cəhdin uğursuz olduğunu söyləyib.

Onun sözlərinə görə, Rusiya sərhəd bölgəsində sabitliyi pozmağa çalışan Kursk vilayətindəki ukraynalı quldurlarla mübarizə aparacaq.

Putin qeyd edib ki, Ukraynanın hazırkı hakimiyyəti hərbi əməliyyatları dayandırmaqda maraqlı deyil.

O, Rusiyanın Donbasdakı hərbi hücumunun tempinə diqqət çəkib və bunun uzun müddətdir baş vermədiyini bildirib.

"Rusiya heç vaxt sülh danışıqlarından imtina etməyib, lakin ölkəyə daxil olan quldurların məsələsini həll etməliyik", deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR