Bank Of Baku

Putin Kursk vilayətinin azad edilməsində iştirak edən Şimali Koreya hərbçilərinə təşəkkür edib

Putin Kursk vilayətinin azad edilməsində iştirak edən Şimali Koreya hərbçilərinə təşəkkür edib
# 28 aprel 2025 10:11 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin Ukrayna ordusundan azad edilməsində iştirak edən Koreya Xalq Ordusunun bölmələrinə təşəkkür edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu dəf etməkdə Rusiya Federasiyasına kömək edən KXDR əsgərlərinin qəhrəmanlığını və yüksək hazırlıq səviyyəsini qeyd edib.

Putin döyüşçülərinə göstərdiyi köməyə görə şəxsən Kim Çen Ina və KXDR-in bütün rəhbərliyinə minnətdarlığını bildirib.

"Rusiya xalqı Koreya xüsusi təyinatlı əsgərlərinin şücaətini heç vaxt unutmayacaq və Rusiya uğrunda canlarından keçmiş koreyalı qəhrəmanları ehtiramla yad edəcək”, - Rusiya Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR