Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinə yeni müavin təyin edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Putin Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzini vəzifəsindən geri çağırıb.
Dövlət başçısının fərmanı ilə Mixail Qaluzin Rusiya XİN başçısının müavini təyin olunub.