Bank Of Baku

Putin Lavrovun müavinini Çinə səfir göndərib

İqor Morqulov

© APA | İqor Morqulov

# 13 sentyabr 2022 13:36 (UTC +04:00)

Rusiya Federasiyası Çinə yeni səfir təyin edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Prezidentin fərmanı ilə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov Çin Xalq Respublikasına fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əvvəlki səfir Andrey Denisov bir müddət əvvəl vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun Saratov vilayətindən Federasiya Şurasına senator göndərilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR