Bank Of Baku

Putin: "Leopard"lar yanır, F-16-lar da yanacaq, buna heç kimin şübhəsi olmasın

Putin: "Leopard"lar yanır, F-16-lar da yanacaq, buna heç kimin şübhəsi olmasın
# 16 iyun 2023 18:30 (UTC +04:00)

“Leopard”lar yanır, F-16 lar da yanacaq. Buna heç kimin şübhəsi olmasın.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

NATO-nun Ukrayna müharibəsində iştirakı ilə bağlı sualı cavablandıran Rusiya Prezidenti şimal alyansının münaqişəyə cəlb olunduğunu söyləyib.

"Ukraynaya “Leopord” tankları verilib. “Leopord”lar yanır, dünən də yanmışdı. F-16-lar da yanacaq. Buna heç kəsin şübhəsi olmasın. Əgər F-16 təyyarələri Ukrayna hüdudlarından kənarda yerləşən hava bazalarında yerləşdiriləcəksə, lakin döyüş əməliyyatlarında istifadə olunacaqsa, biz onları necə vuracağımıza baxacağıq. Bu, NATO-nu münaqişəyə cəlb etmək üçün ciddi təhlükədir", deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR