Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında danışıqlar başa çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, “Vostoçnıy” kosmodromunda baş tutan görüş üç saata yaxın davam edib.
Dövlət başçıları “Vostoçnıy” kosmodromunda gedən tikinti işləri ilə tanış olublar.
Bundan əlavə, onlar "Anqara" buraxılış kompleksinin komanda məntəqəsinin tikinti sahəsinə baş çəkiblər.