Moskvada Rusiya prezidenti Vladimir Putin Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə ticarət-iqtisadi, enerji, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Avropa təhlükəsizliyinin təmin edilməsinin aktual problemləri ilə bağlı da fikir mübadiləsi aparıb.