Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin bütün liderlərini ilin sonunda Sankt-Peterburqda keçirməyi təklif etdiyi qeyri-rəsmi görüşə dəvət edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidenti Sankt-Peterburq şəhərinin 2023-cü ildə mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünə verdiyi dəstəyə görə digər üzv dövlətlərə minnətdar olduğunu bildirib.
“Mən və həmkarlarım artıq müzakirə etmişik. 2023-cü il ərəfəsində gələcək mədəniyyət paytaxtında qeyri-rəsmi görüş keçirilə bilər. Hamınızı məmnuniyyətlə dəvət edirəm”, - Putin MDB dövlət başçılarının Astanada keçirilən sammitində çıxışı zamanı deyib.