Bank Of Baku

Putin MDB-nin İnsan Haqları Konvensiyasına düzəlişləri imzalayıb

Putin MDB-nin İnsan Haqları Konvensiyasına düzəlişləri imzalayıb
# 10 iyul 2023 15:21 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin MDB-nin İnsan Hüquqları və Əsas Azadlıqları haqqında 1995-ci il 26 may tarixli Konvensiyasına dəyişikliklər edilməsi haqqında protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Federal qanun layihəsində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2022-ci il oktyabrın 14-də Astanada keçirilən iclasında imzalanmış Müstəqil Dövlətlər Birliyinin İnsan Hüquqları və Əsas Azadlıqları haqqında 26 may 1995-ci il tarixli Konvensiyasına dəyişikliklər edilməsi haqqında protokolun ratifikasiyası təklif edilir.

Sənəd 34-cü maddənin Konvensiyadan çıxarılmasını nəzərdə tutur, hansı ki, həmin maddəyə MDB-nin İnsan Hüquqları Komissiyası haqqında müddəa Konvensiyanın tərkib hissəsidir. Bundan əlavə, sənədə əsasən Konvensiyanın 38-ci maddəsinin 1-ci bəndindən bu müddəaya istinad da çıxarılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR