Rusiya Prezidenti Vladimir Putin Rusiya hərbi sənaye komissiyasında özünün birinci müavini kimi yeni vəzifə yaradıb. Bu vəzifəni Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tutacaq.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə müvafiq fərman hüquq informasiya portalında dərc olunub.
Fərman imzalandığı gündən qüvvəyə minib.