Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.
APA xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında dərc edilib.
Tərəflər Rusiya-Hindistan münasibətlərini müzakirə edib və kosmik tədqiqatlar sektorunda ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəlib.
Rusiya və Hindistan liderləri BRİKS sammitinin (red. – 22-24 avqust tarixində CAR-ın paytaxtı Yohannesburqda keçirilib) nəticələrini müzakirə ediblər və təşkilatın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı enerji sektorunda əməkdaşlığı və nəqliyyat infrastrukturunun tikintisi məsələləri də müzakirə edilib.
Putin və Modi həmçinin 9-10 sentyabrda Hindistanda keçiriləcək G-20 Liderlər Zirvə sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.