Bank Of Baku

Putin: Müdafiə mövzularında Kommunist Partiyası ilə heç vaxt fikir ayrılıqlarımız olmayıb

Putin: Müdafiə mövzularında Kommunist Partiyası ilə heç vaxt fikir ayrılıqlarımız olmayıb
# 13 fevral 2023 18:01 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Kommunist Partiyasının (KPRF) lideri Gennadi Zyuqanovu qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə Putin bildirib ki, müdafiə və təhlükəsizlik mövzularında Rusiya Federasiyası Kommunist Partiyası ilə heç vaxt fikir ayrılıqları olmayıb.

Prezident partiyanın siyasi müzakirəyə verdiyi töhfəni qeyd edib.

Putin Zyuqanovla görüşdə Rusiya Federasiyasının hazırkı qarşıdurmada qələbə çalacağına əmin olduğunu bildirib: “Belə də olacaq”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR