Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin prioritet vəzifələrini açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Müdafiə Nazirliyinin kollegiyasında çıxış edən Putin ordunun qarşısında duran prioritet vəzifələrdən danışıb.
Bildirib ki, dünyada strateji güc balansını təmin edən nüvə triadasının rolu artıb.
Onun sözlərinə görə, ordunun prioritet vəzifələri aviasiya komponentinin modernləşdirilməsi, qoşunlara müasir silahlar göndərilməsi, perspektivli silah növləri, xüsusən də süni intellektdən istifadə edən silahlar yaratmağa davam edilməsi və xüsusi hərbi əməliyyatda iştirak edən qoşunları lazım olan hər şeylə təmin etməkdən ibarətdir.
Rusiya Prezidenti onu da bildirib ki, ordunun təchizatı yaxşılaşıb.