Bank Of Baku

Putin ölkə daxilində ərzağın ucuzlaşmasını mümkün hesab edir

Putin ölkə daxilində ərzağın ucuzlaşmasını mümkün hesab edir
# 05 aprel 2022 17:42 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin bildirib ki, dövlət ölkə daxilində ərzaq qiymətlərinin dünya bazarından aşağı olmasını təmin edə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, aqrar sənaye kompleksinə dəstəklə bağlı müşavirədə çıxış edən Putin ölkə daxilində ərzaq qiymətlərinin ucuzlaşacağının anonsunu verib.

"Vurğulamaq istərdim ki, artan istehsal həcmləri bizə Rusiyada ərzaq qiymətlərinin dünya bazarından aşağı olmasını təmin etməyə imkan verir", - deyə Rusiya prezidenti vurğulayıb.
Qeyd edək ki, ötən ilin sonlarından başlayaraq Rusiyada ərzaq məhsullarıının qiyməti artıb. Qiymət artımı Ukrayna müharibəsinin başlanmasından sonra və Qərbin sanksiyaları fonunda daha da sürətlənməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR