Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putinin hərbi müxbirlərlə görüş keçirməsi barədə ilk olaraq Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Daha sonra isə “Rossiya” telekanalının “Moskva.Kreml.Putin” verilişinin aparıcısı Pavel Zarubin həmin görüşdən öz teleqram kanalında görüntü yayıb.