2022-ci ildə Rusiya iqtisadiyyatının faktiki dinamikası bir çox proqnozlardan daha yaxşı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün iqtisadi məsələlər üzrə müşavirədə bildirib.
Onun sözlərinə görə, ötən ildə Rusiyada ÜDM ilkin məlumatlara görə, cəmi 2,5% azalıb, baxmayaraq ki, 20%-ə qədər azalma proqnozlaşdırılıb.
Putin Rusiya iqtisadiyyatının ilin sonunda yaranmış artım tendensiyasını möhkəmləndirmək və ilkin inkişaf vəzifələrinin həlli üçün konkret tədbirləri müzakirə etməyi lazım olduğunu söyləyib:
"Biz məşğulluğu və real əmək haqqının artımını stimullaşdırmalıyıq", deyə Rusiya lideri əlavə edib.