Rusiya Federal Təhlükəsizlik Xidməti hesab edir ki, partlayıcılar çox güman ki, Krım körpüsünə dəniz yolu ilə daşınıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Rusiya Prezidenti partlayıcıların Krım körpüsünə daşınmasında taxıl aparan gəmilərdən istifadə olunub-olunmasının hələlik məlum olmadığını söyləyib.