Bank Of Baku

Putin Pekin Olimpiya Oyunlarının açılış mərasimində iştirakını təsdiqləyib

Putin, Si Tsinpin

© APA | Putin, Si Tsinpin

# 15 dekabr 2021 14:15 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Pekində keçiriləcək Olimpiya Oyunlarını ziyarət edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Putin Çin Xalq Respublikasının Sədri Si Tsinpinlə onlayn formatda danışıqları zamanı bildirib.

"Qarşıdan gələn Qış Olimpiya Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə şübhəm yoxdur. Çin bunu necə edəcəyini bilir", - V. Putin vurğulayıb.

Rusiya lideri əlavə edib ki, Moskva və Pekin beynəlxalq idman əməkdaşlığının inkişafında, o cümlədən idmanı və olimpiya hərəkatını siyasiləşdirmək cəhdlərinin rədd edilməsində bir-birini dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR