Bank Of Baku

Putin peşman deyil

Putin peşman deyil
# 14 oktyabr 2022 17:47 (UTC +04:00)

Rusiya vaxtında və düzgün hərəkət edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransında jurnalistlərin nədənsə peşman olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

“Xeyr, əlbəttə ki, yox. Krımda 2,4 milyon insan yaşayır, onlar o vaxt götürüb suyu kəsdilər. Qoşunlar məcbur olub gəlib suyu açdılar. Bu, sadəcə olaraq, bizim hərəkətlərimizə bir nümunədir. Biz bu hərəkəti etməsəydik (xüsusi hərbi əməliyyatı -red), onda bizim üçün çox gec və pis olardı. Ona görə də mənim hərəkətlərim vaxtında və düzgündür”, - Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR