Bank Of Baku

Putin: Priqojin və digər sərnişinlərin cəsədlərində əl qumbaralarının hissələri tapılıb

Putin: Priqojin və digər sərnişinlərin cəsədlərində əl qumbaralarının hissələri tapılıb
# 05 oktyabr 2023 22:23 (UTC +04:00)

Yevgeni Priqojinin təyyarəsinə heç bir kənar təsir olmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin bildirib ki, istintaqa əsasən, qurbanların cəsədlərində əl qumbaralarının hissələri tapılıb.

O vurğulayıb ki, araşdırma çərçivəsində təyyarə qəzasında həlak olanların bədənlərində spirtli içki və narkotik maddələrin olub-olmadığını müəyyən etmək üçün ekspertiza aparılmayıb. Lakin belə bir ekspertiza aparmağa dəyərdi.

Rusiya prezidenti onu da əlavə edib ki, Priqojinin şirkətinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul, həmçinin beş kiloqram kokain aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR