Putin qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmə müddətini uzadıb

Putin qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmə müddətini uzadıb
# 29 aprel 2025 00:06 (UTC +04:00)

Rusiyada miqrantlara hüquqi statuslarını tənzimləmək üçün verilən möhlətin vaxtı 133 gün uzadılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada hüquqi statuslarını tənzimləmə müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı fərmana əsasən, qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmək üçün aprelin 30-dək vaxt verilmişdi.

Bu müddət ərzində hüquqi statusunu tənzimləməyən miqrant mayın 1-dən etibarən Rusiya ərazisindən çıxarılacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR