Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfər proqramının çox sıx olacağı gözlənilir, bu dəfə onun respublikanın ilk Prezidenti Nursultan Nazarbayevlə görüşməyə vaxtı olmayacaq.
APA-nın Moskva müxbiri bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, səfər zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə məhdud tərkibdə danışıqlar olacaq:
“Ardınca sənədlərin imzalanması ilə nəticələnəcək “ətraflı Rusiya-Qazaxıstan danışıqları” aparılacaq. İki Prezident mətbuata birgə bəyanatla çıxış edəcək. Prezident Tokayev öz adından Rusiya Prezidentinin şərəfinə rəsmi ziyafət verəcək. Həmçinin səfər proqramında vacib fakt iki Prezidentin Rusiya və Qazaxıstanın XI Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında birgə iştirakıdır. Onlar videokonfrans vasitəsilə forumda iştirak edəcəklər. Ona görə də bütün bunlar bir gün ərzində cümə axşamı günü olduqca çox gərgin proqram zamanı baş verəcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Putin noyabrın 9-da Qazaxıstana rəsmi səfər edəcək