Putin regionun tam azad edilməsindən sonra ilk dəfə Kurska səfər edib - VİDEO

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 21 may 2025 10:03 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin regionun tam azad edilməsindən sonra ilk dəfə Kursk vilayətinə səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Kurskda könüllülərlə görüş keçirib.

Rusiya prezidenti Kursk vilayətində tikilməkdə olan Kursk AES-2-yə baş çəkib.

Putin Kurçatov şəhərində Kursk vilayətinin bələdiyyə rəhbərləri ilə görüş keçirib.

Qeyd edək ki, Rusiyanın Kursk vilayətinin bir hissəsi 2023-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bu ilin aprelin 26-da Rusiya Kursk vilayətinin Ukrayna ordusundan tam azad olunduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR