Bank Of Baku

Putin: "Rublla hesablaşmalar iqtisadi suverenliyi möhkəmləndirəcək"

Putin: "Rublla hesablaşmalar iqtisadi suverenliyi möhkəmləndirəcək"
# 31 mart 2022 18:04 (UTC +04:00)

Qərb alıcıları ilə Rusiya qazının rublla hesablaşmalara keçidi ölkənin maliyyə və iqtisadi sabitliyini gücləndirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aviasiya sənayesi məsələləri ilə bağlı hökumət üzvləri ilə görüşündə bildirib.

"Mövcud vəziyyətin riskləri, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Əgər məsələyə bütövlükdə nəzər salsanız, o zaman Rusiya qazının tədarükü üçün ödənişlərin rus rubluna köçürülməsi maliyyə və iqtisadi suverenliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Biz uzunmüddətli plan çərçivəsində bu istiqamətdə sistemli şəkildə irəliləyişimizi davam etdirəcəyik”, -Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR