Bank Of Baku

Putin: Rusiya heç vaxt ərazi müqabilində Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə etməyib

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 03 sentyabr 2025 17:58 (UTC +04:00)

Rusiya hər zaman Ukraynanın NATO-ya üzvlüyünə etiraz edib, lakin Avropa İttifaqına yox.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın öz təhlükəsizlik sistemini seçmək hüququ var, lakin bunu Rusiyanın hesabına etməməlidir.

Putin qeyd edib ki, Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini birbaşa ərazi məsələsi ilə əlaqələndirmir: “Rusiya ərazilər uğrunda deyil, insanların öz dillərində danışmaq və öz mədəniyyətində yaşamaq hüququ uğrunda mübarizə aparır. Rusiya heç vaxt ərazilərin müqabilində Ukraynaya təhlükəsizlik zəmanətinin verilə biləcəyi sualını qaldırmayıb. Rusiyanın tərkibində yaşamağa qərar verən insanların fikrinə hörmətlə yanaşmaq lazımdır, bu, demokratiyadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR