Bank Of Baku

Putin: Rusiya istənilən ABŞ lideri ilə işləməyə hazırdır, lakin Baydenlə daha yaxşıdır

Putin: Rusiya istənilən ABŞ lideri ilə işləməyə hazırdır, lakin Baydenlə daha yaxşıdır
# 15 fevral 2024 08:44 (UTC +04:00)

Rusiya istənilən ABŞ Prezidenti ilə işləməyə hazırdır, lakin daha yaxşı olar ki, bu, Co Bayden olsun.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Rusiya Federasiyası üçün ABŞ prezidenti kimi hansı siyasətçi daha yaxşıdır: Co Bayden, yoxsa Donald Tramp?” sualına Putin belə cavab verib:

“O (Bayden), daha təcrübəli, proqnozlaşdırıla bilən insandır, köhnə formasiyanın siyasətçisidir. Ancaq biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik”, - Rusiya lideri izah edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR