Bank Of Baku

Putin: “Rusiya qışda Avropaya əlavə qaz tədarük etməyə hazırdır”

Putin: “Rusiya qışda Avropaya əlavə qaz tədarük etməyə hazırdır”
# 12 oktyabr 2022 15:14 (UTC +04:00)

Rusiya qışda Avropaya əlavə həcmdə qaz tədarük etməyə hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxışında bildirib.

“Əgər biz avropalılarla “Şimal axını 2”-nin zədələnməmiş qolu vasitəsilə qaz tədarük etmək barədə ümumi qərara gəlsək, Rusiya buna hazırdır. Zədələnməmiş xəttin qaz tutumu 27,5 milyard kubmetrdir, bu da Avropanın bütün qaz idxalının təxminən 8%-ni təşkil edir. Rusiya bu tədarükə başlamağa hazırdır. Top Avropa İttifaqının tərəfindədir. İstəsələr, kranı açsınlar və bu qədər...”- deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR