Putin: Rusiya strateji nüvə qüvvələrinin 95 faizini modernizasiya edib

Putin: Rusiya strateji nüvə qüvvələrinin 95 faizini modernizasiya edib
# 23 fevral 2024 17:47 (UTC +04:00)

Rusiya strateji nüvə qüvvələrinin 95 faizini modernizasiya edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vətənin Müdafiəçisi Günü münasibətilə çıxışında deyib.

O, Rusiya Hərbi Hava Qüvvələrinin bu yaxınlarda nüvə silahı daşımağa qadir 4 hipersəs bombardmançı təyyarəni təhvil aldığını qeyd edib.

“Bu gün strateji nüvə qüvvələrində müasir silah və texnikanın payı artıq 95 faizə çatıb, “nüvə triadası”nın dəniz komponenti isə demək olar ki, 100 faizdir”, - Rusiya Prezidenti bildirib.

Putin Rusiyanın "Zirkon" hipersəs raketlərinin seriyalı istehsalına başladığını və yeni zərbə sistemlərini sınaqdan keçirildiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR