Putin: Rusiya və KXDR arasında saziş təcavüz halında qarşılıqlı yardımın göstərilməsini özündə əks etdirir

Putin: Rusiya və KXDR arasında saziş təcavüz halında qarşılıqlı yardımın göstərilməsini özündə əks etdirir
# 19 iyun 2024 13:28 (UTC +04:00)

Rusiya Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığın inkişafını istisna etmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Kim Çen Inla danışıqlarda təhlükəsizlik məsələləri və beynəlxalq gündəm mühüm yer tutub.

Rusiya lideri KXDR-in Ukrayna ilə bağlı mövqeyini bu ölkənin suveren kursunun təsdiqi adlandırıb.

Putin qeyd edib ki, Rusiya və KXDR arasında imzalanmış saziş müqavilənin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini özündə əks etdirir.

Qeyd edək ki, Putinin Pxenyana səfəri çərçivəsində Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR