Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Onun sözlərinə görə, Qərb Ukraynaya nə qədər çox uzaq mənzilli sistemlər verərsə, Rusiya bu təhdidləri öz sərhədlərindən bir o qədər uzaqlaşdıracaq.
"Kimlər ki, Rusiyaya qarşı satqınlıq yolunu seçiblərsə, qanunla buna görə cavab verəcək", - Putin vurğulayıb.