Putin Rusiyanın Avropaya hücuma hazırlaşması iddialarına münasibət bildirib

Putin Rusiyanın Avropaya hücuma hazırlaşması iddialarına münasibət bildirib
# 29 fevral 2024 14:19 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Avropaya hücuma hazırlaşması iddialarına münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı danışıb.

O bildirib ki, Rusiyanın Avropaya hücuma hazırlaşması ilə bağlı iddialar tamamilə cəfəngiyatdır.

Putin müraciəti zamanı onu da deyib ki, Rusiya Avrasiyada bərabər və bölünməz təhlükəsizlik konturunun yaradılması üçün bütün ölkələrlə dialoqa hazırdır və dost ölkələrlə siyasətdən uzaq, yeni qlobal maliyyə infrastrukturu quracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR