Bank Of Baku

Putin: Rusiyanın “nüvə triadası” dünyada qlobal güc balansını saxlamağa imkan verir

Putin: Rusiyanın “nüvə triadası” dünyada qlobal güc balansını saxlamağa imkan verir
# 21 iyun 2023 16:21 (UTC +04:00)

Ordunun gücləndirilməsi prioritet olaraq qalır, biz silahlı qüvvələri təkmilləşdirməyə davam edəcəyik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin hərbi universitetlərin məzunları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, zirehli texnikanın, zərbə döyüş sistemlərinin və hava hücumundan müdafiənin ən son modellərinin yaradılması davam etdiriləcək.

Putin ordunun pilotsuz uçuş aparatları ilə təminatının da davam edəcəyini söyləyib.

"Yaxın gələcəkdə yeni ağır raketlə təmin olunuş" Sarmat" döyüş növbəsinə daxil olacaq. Strateji Raket Qüvvələrinin bölmələrinin təxminən yarısı “Yars” kompleksləri ilə təchiz olunub. Rusiyanın “nüvə triadası”nın silahlanması dünyada qlobal güc balansını saxlamağa imkan verir", deyə Rusiya Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR