Rusiyanı Ukraynanın cənub-şərqindəki münaqişədə tərəf etmək istəyirlər. Amma Rusiya tərəf deyil.
APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, bunu Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.
O, Rusiyanın Ukraynanın cənub-şərqindəki münaqişənin nizamlanmasında vasitəçi olduğunu söyləyib: “Rusiya vasitəçidir, amma onu tərəf etmək istəyirlər. Biz bunu istəmirik. Minsk razılaşmasında da Rusiya vasitəçi kimi qeyd olunub”.
Putin Donbasın taleyinin necə həll olunmalı olduğu ilə bağlı mövqeyini də açıqlayıb: “Donbasın gələcəyini onun sakinləri müəyyən edəcəklər”.