Rusiya prezidenti Vladimir Putin sabah Sankt-Peterburqda BƏƏ prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Sabah prezidentin Sankt-Peterburqda da daha bir iş günü var. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əl Nəhyan işgüzar səfərlə Sankt-Peterburqda olacaq", - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Putin və Əl Nəhyan təkbətək formatda ikitərəfli danışıqlar olacaq.