Bank Of Baku

Putin Sadır Japarovla telefon danışığı aparıb

Putin Sadır Japarovla telefon danışığı aparıb
# 10 aprel 2023 13:00 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ticarət-iqtisadi, maliyyə və humanitar sahələr də daxil olmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın gələcək inkişafının bir sıra praktiki aspektləri müzakirə edilib.

Rusiyanın Avrasiya İqtisadi Birliyində və Qırğızıstanın MDB-də sədrliyi kontekstində Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin bəzi məsələlərinə toxunulub.

Rusiya-Qırğızıstan müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi üzrə qarşılıqlı niyyət təsdiqlənib və şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR