Rusiya Prezidenti Vladimir Putin ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin iyulun 9-da keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə Şavkat Mirziyoyevi təbrik edib.
Telefon danışığı zamanı Rusiya-Özbəkistan dostluq münasibətlərinin müttəfiqlik və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da hərtərəfli inkişafına qarşılıqlı meyl təsdiq olunub.