Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı dövlət başçıları iki ölkə arasında iqtisadi əməkdaşlığın aktual məsələlərini və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
"Ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə, o cümlədən perspektivli birgə layihələrin həyata keçirilməsinə toxunulub”, - deyə məlumatda qeyd olunub.