Bank Of Baku

Putin Si Cinpinlə İran və Venesueladakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin

© APA | Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin

# 04 fevral 2026 16:44 (UTC +04:00)

Rusiya Çinə neft və boru kəməri ilə qazın ixracında ilk yeri tutur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putin-Si Cinpin danışıqları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, danışıqlar məzmunlu olub: “Dövlət başçıları İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti müzakirə ediblər. Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür”.

Uşakov Putin və Si Cinpinin ABŞ-la münasibətləri müzakirə etdiklərini də qeyd edib: “Rusiya və Çinin bir çox məsələlərdə yanaşmaları üst-üstə düşür. İki ölkənin tərəfdaşlığı görünməmiş səviyyədədir və heç kimə qarşı yönəlməyib”.

Putinin köməkçisi bildirib ki, Si Cinpin Əbu-Dabidə Ukrayna ilə bağlı davam edən danışıqları dəstəkləyib.

O, Si Cinpinin Putini ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət etdiyini, Rusiya Prezidentinin isə dəvəti qəbul etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR