Bank Of Baku

Putin SSRİ-nin Praqa və Budapeştə qoşun yeritməsini səhv adlandırıb

Putin SSRİ-nin Praqa və Budapeştə qoşun yeritməsini səhv adlandırıb
# 12 sentyabr 2023 11:54 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin Praqa və Budapeştə qoşun yeritməsini səhv adlandırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

O, Sovet İttifaqının siyasətinin bu hissəsinin səhv olduğunu söyləyib.

"Bu səhv siyasət münasibətlərdə ancaq gərginliyə gətirib çıxardı. Xarici siyasətdə digər xalqların maraqlarına zidd olan heç nə etmək olmaz. Bu qədər. Bu gün isə ABŞ başda olmaqla aparıcı Qərb ölkələri həmin yolla gedir. Onlar öz tərəfdaşlarına təzyiq edirlər. Onların dostu yoxdur, ancaq maraqları var. Bu, məşhur Britaniya formulunun davamıdır", deyə Putin qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR