“Şübhəsiz ki, Ukraynadakı əməliyyatın məqsəd və hədəfləri yerinə yetiriləcək”.
APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Amur vilayətinə səfəri zamanı deyib.
“Ukraynada yetişdirilən antiRusiya qüvvələrlə toqquşma qaçılmaz idi, bu, sadəcə vaxt məsələsi idi”, - Putin bildirib.
O, Rusiya Ordusunun Ukraynada cəsarətli fəaliyyət göstərdiyini qeyd edib.