Sülhə aparan yeganə yol üç ölkə liderinin birgə bəyanatlarına tərəflərin ciddi əməl etməsidir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.
Putin qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, humanitar məsələlərin həlli ilə normallaşdırıla bilər.