Bank Of Baku

Putin taxıl sazişini hansı şərtlə uzadacağını açıqlayıb

Putin taxıl sazişini hansı şərtlə uzadacağını açıqlayıb
# 13 iyul 2023 20:44 (UTC +04:00)

Rusiya taxıl sazişini uzatmaq barədə düşünəcək. Bunun üçün hələ bir neçə gün var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya" kanalıına müsahibəsində bildirib.

O, eyni zamanda qeyd edib ki, taxıl sazişi çərçivəsində Rusiya üçün heç bir iş görülməyib. Putin bu məsələni tək qapıya oynanılmış oyun adlandırıb.

Rusiya Prezidenti vurğulayıb ki, ölkəsi taxıl sazişini yalnız ona verilən vədlər yerinə yetirildikdə uzadacaq:

"Rusiya taxıl sazişində iştirakını dayandıra və yalnız ona verilən vədlər yerinə yetirildikdə uzada bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR